Valyuta məzənnələri

22.06.2017

Alış Satış
USD 1.688 1.697
EUR 1.8785 1.9035
GBP 2.131 2.159
RUR 0.0279 0.0283
Alış Satış
USD 1.688 1.7
EUR 1.8815 1.9055
GBP 2.134 2.161
RUR 0.0279 0.0284
CHF 1.7297 1.7525
CAD 1.2623 1.2789
TRY 0.4762 0.4825
JPY 1.5137 1.5336
AED 0.4578 0.4639
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi
13 iyun 2017

Korporativ Hüquq Departamentinə Hüquq məsləhətçisi

DəmirBank ASC-nin Korporativ Hüquq Departamentinə Hüquq məsləhətçisi  vəzifəsinə işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı
üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ
həyatına qoşulmağa dəvət edirik.

İşin təsviri:

•    Bank tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə rəhbərliyin suallarını cavablandırmaq və aidiyyatı struktur bölmələri birbaşa
məlumatlandırmaq;
•    Əməkdaşlıq müqavilələrini, o cümlədən, yeni layihələr üzrə yeni müqavilə nümunələrini hazırlamaq;
•    Hüquqi şəxslərlə, o cümlədən, aidiyyyatı şəxslərlə aparılan əməliyyatları, habelə, öhdəliklərin ötürülməsi və digər əqdlərin qanunverilciliyə uyğunluğunu araşdırmaq və rəy vermək;
•    Təsərrüfat və xidmət müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək və birbaşa viza vermək;
•    Bankdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
•    Vəzifələrin icrası ilə bağlı, banka daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanmasında iştirak etmək;
•    Bankın bütün struktur bölmələrinə, filial və şöbələrinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemləri yerində araşdırmaq və işçilərin təlimatlandırılmasında iştirak etmək;
•    Departament direktoru tərəfindən həvalə edilmiş digər vəzifələri icra etmək;
•    Bankın qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək;
•    Bankın ümumi fəaliyyətində risklərin idarə edilməsini təmin etmək;
•    Bankın qəbul etdiyi çirkli pulların yuyulmasının qarşısının alınması sahəsində Siyasət və bankdaxili prosedurların tələblərindən irəli gələn vəzifələr üzrə müvafiq struktur bölmələrə dəstək
göstərmək.


Namizədə qarşı tələblər:

•    Ali hüquq təhsili (magistr dərəcəsinin olması arzuolunandır);
•    Mülki və bank qanunvericiliyi, o cümlədən, bu sahəni təmzimləyən normativ xarakterli aktlar barədə dərin     biliyə sahib olmalı;
•    Azərbaycan dilini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
•    Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
•    Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
•    Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 iyun 2017-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Hüquq məsləhətçisi göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır. 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki
xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən k