Valyuta məzənnələri

26.07.2017

Alış Satış
USD 1.694 1.701
EUR 1.96 1.99
GBP 2.192 2.225
RUR 0.028 0.0285
Alış Satış
USD 1.694 1.701
EUR 1.963 1.992
GBP 2.195 2.227
RUR 0.028 0.0286
CHF 1.7669 1.7936
CAD 1.346 1.3664
TRY 0.4716 0.4788
JPY 1.5048 1.5276
AED 0.4585 0.4654
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi

FAQ

Plastik kartı necə əldə etmək olar?

Для того, чтобы приобрести карту следует обратиться в любой из филиалов Банка, предоставить удостоверение личности и внести оплату за годовое обслуживание карты.

Sizin bankın hansı kartarı vasitəsilə İnternetdə mal və xidmətlərin haqqını ödəmək mümkündür?

Bankımızın bütün kartları ilə İnternetdə mal və xidmətlərin haqlarını ödəmək mümkündür (ancaq Gold kartlarında mərc oyunlar saytlarında ödəmək mümkün deyil)

Plastik kartımı itirmişəm, onu bloklaşdıra bilərəm?

Şəxsi məlumatları təqdim etmək şərti ilə (012) 149, 5981002 və ya 4447266 telefon nömrələrinə zəng etməklə plastik kartınızı bloklaşdıra bilərsiniz.

Plastik kart vasitəsilə konvertasiya əməliyyatı hansı məzənnə əsasında həyata keçirilir?

Plastik kartın dəstəklədiyi valyutadan fərqli valyutada əməliyyatlar həyata keçirildikdə konvertasiya əməliyyatı üzrə məzənnə Mərkəzi Bankın məzənnəsi + Bank tərəfindən təyin olunmuş konvertasiya haqqı müəyyən edilir. 

Kart hesabına pul vəsaitini necə mədaxil etmək olar?

Kart hesabına pul vəsaiti nağd şəkildə, bank hesabları ilə nağdsız formada və “card to card” əməliyyatı ilə mədaxil edilə bilər.

Kartın istifadə müddəti nə vaxt bitir?

Kartın istifadə müddəti ay və il ilə ifadə olunur və bu kartın üzərində göstərilir. Beləliklə, kart həmin ayın sonuncu gününə kimi etibarlı hesab olunur. Misal: istifadə müddəti 05/17 olan kart 31.05.2017-ci il tarixinədək etibarlıdır.

Mənim əmanətim sığortalanırmı?

DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin DəmirBank-da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Qeyri-rezident DəmirBankda əmanət yerləşdirmə bilərmi?

Xarici ölkə vətəndaşı DəmirBankın istənilən filialında xarici vətəndaşlıq pasportunu təqdim etməklə əmanət yerləşdirə bilər.

Sizin bankda təcili pul köçürməsini necə həyata keçirtmək olar?

Şəxsiyyət vəsiqəsi ilə banka gəlməli. Müvafiq pul köçürmə sistemini seçməli.Xüsusi blankı doldurmalı (blankda köçürmə məbləği, Göndərənin tam adı, telefonu və ünvanı, Alanın tam adı, olduğu şəhər və ölkə qeyd olunur). Köçürülən pul vəsaitini və komissiya haqqını kassaya daxil etməli. Köçürmə sistemini və Bankın verdiyi çıxarışda qeyd olunan xüsusi kodu Alana bildirməli

Cari hesabın açılması fiziki şəxslər üçün ödənişlidir?

Ödənişsizdir. Şəxsiyyət Vəsiqəsi tələb olunur. 

İş rejimi ilə əlaqədar olaraq bankın iş saatlarında ödəniş edə bilmirəm. Bankın iş saatlarından sonra və ya banka gəlmədən necə ödəniş edə bilərəm?

Siz kredit ödənişini günün 24 saatı fasiləsiz olaraq fəaliyyət göstərən “DemirPay” və “Milli ön” ödəniş terminalları vasitəsi ilə həyata keçirə, həmçinin onlayn kredit ödənişi  vasitəsi ilə kreditlərinizi banka yaxınlaşmadan ödəyə bilərsiniz. 

  

Krediti vaxtından əvvəl qaytarsam nə qazanıram?

Krediti vaxtından əvvəl qaytardıqda yalnız əsas borc üzrə qalığı və həmin günə qədər hesablanmış faizləri ödəmiş olursunuz.