Valyuta məzənnələri

21.09.2017

Alış Satış
USD 1.69 1.701
EUR 2.004 2.035
GBP 2.272 2.305
RUR 0.0288 0.0293
Alış Satış
USD 1.69 1.703
EUR 2.007 2.037
GBP 2.275 2.307
RUR 0.0288 0.0294
CHF 1.7332 1.7595
CAD 1.3647 1.3854
TRY 0.4804 0.4877
JPY 1.4974 1.5201
AED 0.4584 0.4653
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi

İpoteka kreditləri (Bank proqramı)

DəmirBank öz vəsaiti hesabına ipoteka krediti təklif edir.

Müddət 10 il (120 ay)
Məbləğ 10 000 - 200 000 AZN
Faiz dərəcəsi 16%
Şərtlər İpoteka krediti
Məbləğ 10 000 - 200 000 AZN və ya onun valyuta ekvivalentinədək
İllik faiz dərəcəsi 16%
Maksimal müddət 10 ilədək (120 ay)
İlkin ödəniş 25%-dən başlayaraq
Rəsmiləşdirmə 1%
Nağdlaşma 0.5%
Köçürmə Tariflərə əsasən
Sığorta Tariflərə əsasən

Faktiki İllik Faiz Dərəcəsi (FİFD) - min. 16.4% - max. 18.9%

İpoteka krediti aşağıdakı şərtlərlə verilir:

  • Kredit Azərbaycan Respublikasının vətəndaşına verilir; 
  • İpoteka predmeti Azərbaycan Respublikası ərazisində yerləşən, yalnız kredit hesabına alınan yaşayış sahəsi olmalıdır. Yeni tikilmiş binada mənzil alındıqda və ya ipoteka krediti tikinti  məqsədləri üçün verildikdə ipoteka predmeti borcalana, yaxud üçüncü şəxsə məxsus  daşınmaz  əmlak ola bilər. Yaşayış sahəsinin tikintisi üçün nəzərdə tutulan torpaq sahəsinin alınmasına və tikinti məqsədilə verilən kreditlərdə ipoteka predmeti kimi mənzil və ya fərdi yaşayış sahəsi götürülməlidir;
Kreditinizi hesablayın
3 year
16 %

Aylıq ödəniş

0 AZN

Ümumi ödəniş

0 AZN
Kreditin təyinatı Kreditin müddət və məbləği
  10 000-25 000 AZN 25 001-200 000 AZN
yaşayış sahəsinin alınması üçün 3 - 60 ayadək 3 - 120 ayadək
yaşayış sahəsinin tikintisi üçün 3 – 60 ayadək 3 – 60 ayadək

İlkin ödənişi

Kreditin təyinatı İlkin ödəniş
  10 000 - 100 000 AZN 100 001 - 200 000 AZN
yaşayış sahəsinin alınması üçün minimum 25% minimum 35%
yaşayış sahəsinin tikintisi üçün minimum 35% minimum 35%
  • Borcalanın (birgə borcalanların) yaşı kreditin son ödəniş tarixinə 65 yaş həddini keçməməlidir;
  • Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunmalıdır;
  • İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
  • Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
  • Bu qaydalar çərçivəsində bir şəxs eyni zamanda yalnız 1 ( bir ) dəfə ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər, yəni eyni zamanda borcalanın ipoteka krediti üzrə bank qarşısında yalnız bir öhdəliyi ola bilər.
  • İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərti ilə sığortalanmalıdır;
  • Həyat və əmək qabiliyyəti sığortası. Birgə borcalanların həyat və əmək qabiliyyəti sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və birgə borcalanların həyat və əmək qabiliyyəti sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
  • DəmirBank tərəfindən müəyyən olunan digər şərtlər.

İpoteka kreditinin alınması üçün təqdim olunmalı əsas sənədlər

1. İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər

  • Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti.
  • Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti).
  • Borcalanın ( birgə borcalanların ) ailə tərkibi haqqında arayış.
  • Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. 
  • Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s). 
  • İpoteka predmetinin qiymətləndirmə aktı.
  • İpoteka kreditinin alınması üçün anket.
  • Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti.
  • İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda).
  • Tikinti işlərinin smetası.
  • Mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış yaxud torpaq sahəsinin ayrılması barədə bələdiyyə tərəfindən verilmiş Qərar və ya icra hakimiyyəti tərəfindən verilmiş Sərəncam (kredit tikintinin aparılmasına verildikdə).
  • Arxitektor tərəfindən tərtib və təsdiq edilmiş tikiləcək evin layihəsi (kredit tikintinin aparılmasına verildikdə).
  • Yeni tikiliyə Şəhərsalma və Arxitektura İdarəsinin razılığı.
  • Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı (tikintinin aparılmasına).
  • Tikinti şirkəti ilə Alıcı arasında bağlanmış Müqavilə. 

2. Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər

  • Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

3. İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər

  • Alınmış yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin surəti.
  • Alınan yaşayış sahəsi yeni tikilidə olduqda alınmış yaşayış sahəsinin alqı-satqısı müqaviləsinin və ipoteka müqaviləsinin surəti. Tikintinin aparılmasına kredit verildikdə isə ipoteka müqaviləsinin surəti.
  • İpoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
  • İpoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.
  • Borcalanın ( birgə borcalanların ) həyat və əmək qabiliyyətinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.

4. Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər

  • Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
  • Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

Ətraflı məlumat almaq üçün DəmirBank-ın Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng edə bilərsiniz.

Krediti sifariş et
Sifariş formanızda problem aşkarlanıb. Zəhmət olmasa qırmızı rənglə işarələnmiş xanalarda düzəliş edin