Valyuta məzənnələri

20.02.2017

Alış Satış
USD 1.75 1.84
EUR 1.837 1.9585
GBP 2.149 2.291
RUR 0.0296 0.0316
Alış Satış
USD 1.753 1.837
EUR 1.84 1.9555
GBP 2.152 2.288
RUR 0.0296 0.0315
CHF 1.7252 1.8394
CAD 1.322 1.4095
TRY 0.4774 0.509
JPY 1.5308 1.6321
AED 0.471 0.5022
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi

Hesablaşma-Kassa xidmətləri

DəmirBank rezident və qeyri-rezident fiziki şəxslərə manat və xarici valyutada hesablaşma-kassa xidmətləri təklif edir.

  • Cari və tələbli hesabların açılması – AZN, USD, EUR və başqa valyutada
  • Pul vəsaitlərinin hesaba mədaxili / köçürülməsi – nağd və nağdsız formada
  • Hesabdan pul vəsaitinin nağd şəkildə alınması
  • Bank köçürmələrinin həyata keçirilməsi – Azərbaycan daxilində və xarici ölkələrə
  • Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
  • Konvertasiya əməliyyatları – valyuta mübadiləsi, digər valyutanın alışı və satışı
  • Bank əməliyyatları üzrə məsləhətlərin verilməsi
  • İnkassasiya xidməti – vəsaitin bir ünvandan digər ünvana daşınması
  • İnternet Banking xidməti– Banka gəlmədən İnternet vasitəsi ilə ofisdən və ya digər yerdən hesab üzrə müxtəlif əməliyyatların həyata keçirilməsi

DəmirBank S.W.I.F.T., AZİPS və XÖHKS ödəniş sistemlərinin üzvüdür, eləcə də Azərbaycanın, ABŞ-ın, Avropa və MDB ölkələrinin onlarla böyük bankları ilə müxbir əlaqələrinə malikdir. Bunlar ölkə daxilində və bütün dünya üzrə bank köçürmələrini operativ və keyfiyyətlə həyata keçirməyə imkan verir.

Cari / tələbli hesabın açılması və xidmətlərin göstərilməsi qaydası

Cari / tələbli hesabın açılması üçün fiziki şəxslər (o cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) Bankın hər hansı filialına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidir:

  • Hesabın açılması üçün Ərizə (ərizə forması Bankda verilir)
  • Şəxsiyyət vəsiqəsi (Bankda surəti çıxarılır)
  • İmza nümunəsi olan vərəqə (vərəqə Bankda verilir)

Hesablaşma-kassa xidmətləri DəmirBank və Müştəri arasında imzalanmış müqaviləyə və müəyyən edilmiş tariflərə əsasən həyata keçirilir.