Valyuta məzənnələri

21.11.2017

Alış Satış
USD 1.695 1.705
EUR 1.98 2.01
GBP 2.2305 2.2635
RUR 0.0283 0.0288
Alış Satış
USD 1.695 1.705
EUR 1.983 2.012
GBP 2.2335 2.2655
RUR 0.0283 0.0289
CHF 1.695 1.7207
CAD 1.3141 1.334
TRY 0.4284 0.48
JPY 1.495 1.5177
AED 0.4583 0.4652
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi

Müştərilərin hüquq, öhdəlik və vəzifələri

İstehlakçıların (müştərilərin) Hüquqları

  • Müştərilərin onlarla hörmətlə rəftar edilməsi ilə bağlı hüquqları vardır.
  • Müştərilərin eşidilmək hüququ vardır
  • Müştərilərin bank sirrinin qorunması ilə bağlı hüquqları vardır. 
  • Müştərilərin məhsulları sərbəst seçmək hüququ vardır
  • Müştərilərin vaxtında, dolğun və düzgün məlumat əldə etmək hüququ vardır.
  • Müştərilərə kreditin növündən asılı olaraq tələb olunan sənədlər, kredit şərtləri və güzəştlərbarəsində məlumatlar açıqlanmalıdır.
  • Müştərilərin müraciətlərinə növündən asılı olaraq Bank tərəfindən müəyyən edilmiş müddət ərzində cavab verilməlidir.
  • Kredit verilməsinə imtina qərarı qəbul edildikdə, müştəriyə imtinanın səbəbləri göstərilməklə aydın şəkildə izah olunmalıdır.
  • Müştərilərin bankın məhsul və xidmətləri haqqında şikayət etmək hüququ vardır. Müraciətlərinizi telefon vasitəsi ilə bankın (012) 149 Qaynar xəttinə zəng etməklə, e-mail (elektron poçt) vasitəsi ilə shikayet@demirbank.az email ünvanına elektron məktub göndərməklə, bankın internet (www.demirbank.az) və sosial şəbəkələrindəki (Facebook, Twitter) səhifələri vasitəsi ilə müraciət göndərməklə, bankın ünvanına (Ünvan: AZ 1008, Bakı şəhəri, Qarabağ küç., 31) poçt vasitəsi ilə məktub göndərməklə edə bilərsiniz, həmçinin bankın istənilən filialına baş çəkib müraciətlərin qəbulu üzrə məsul şəxsə yaxınlaşmaq və ya filialdakı müraciət qutusuna məktub yerləşdirməklə göndərə bilərsiniz.

 

Müştərilərin öhdəlik və vəzifələri

  • Müştərilər bank əməkdaşları ilə də hörmətlə davranmalıdırlar.
  • Müştərilər bank məhsulunun qiymətini dəyərləndirməyə məsuliyyət daşıyırlar.
  • Müştərilər müqavilələrin şərtlərini vaxtında və düzgün yerinə yetirməlidirlər. 
  • Müştərilər banka düzgün və şəffaf məlumat verməlidirlər.
  • Müştərilər onlara məlum olan və sirr təşkil edən bütün məlumatları məxfi saxlamalıdırlar.

 

Müqaviləyə aid əsas məlumatlar

  • Kredit müqaviləsi imzalandıqdan sonra müştəriyə  imzalanmış müqavilələrin bir surəti (kredit, təminat, sığorta və digər), məxaric qəbzii və verilmiş kreditin ödəniş cədvəli təqdim olunur., 
  •  Ödəniş tarixi qeyri-iş günlərinə təsadüf  edirsə, müştərilər ondan sonrakı iş günlərində ödənişləri həyata keçirə bilərlər.
  • Ödəniş vaxtında həyata keçirilməzsə, ona cərimə faizi tətbiq olunacaqdır. Xatırlatmaq istərdik ki, cərimə faizindən və onun nəticələrindən uzaq olmaq üçün ödənişi vaxtında həyata keçirmək lazımdır.
  • Kreditin  bitmə müddəti müqavilədə qeyd olunmuşdur.
  •  Müştəri, müqavilədə qeyd olunan qaydada ödənişi həyata keçirmədiyi təqdirdə ödəmə öhdəliyi pozulmuş sayılır.
  • Müştəri, müəyyən olunmuş müddət ərzində ödənişi həyata keçirə bilməsə, bankın onu gecikmiş ödəniş kimi qəbul etməyə hüququ vardır.

 

Bankın öhdəlik və vəzifələri 

  • Müştəri məmnunluğu və keyfiyyətli xidmət təmin edilməlidir.
  • Bank müştərilərinə qarşı  irqi, milliyyəti, dini, dili, cinsi, mənşəyi, əqidəsi, siyasi və sosial mənsubiyyətinə görə ayrı-seçkiliyiə (diskriminasiyaya) yol vermir.
  • Bank müştəriləri ilə  hörmətvə ehtiramla ünsiyyət saxlayır.
  • Bank müştəri məlumatlarının məxfiliyinə və öz fəaliyyətinin şəffalığına zəmanət verir.
  • Bank müştərilərin müraciətlərinə qısa zamanda cavab verir.

 

Bütün bank  işçiləri etik normalara və aşağıda qeyd olunanlara riayət etməlidir:

  • Bank korrupsiyaya qarşıdır. 
  • Müştərilərdən və ya onları təmsil edənlərdən hədiyyələr qəbul edilmir.