Valyuta məzənnələri

20.02.2017

Alış Satış
USD 1.75 1.84
EUR 1.837 1.9585
GBP 2.149 2.291
RUR 0.0296 0.0316
Alış Satış
USD 1.753 1.837
EUR 1.84 1.9555
GBP 2.152 2.288
RUR 0.0296 0.0315
CHF 1.7252 1.8394
CAD 1.322 1.4095
TRY 0.4774 0.509
JPY 1.5308 1.6321
AED 0.471 0.5022
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi

İstehlakçı müraciətləri

DəmirBank hər zaman müştərilərinə keyfiyyətli xidmət göstərməyə və müştəri məmnuniyyətini artırmağa çalışır. Əgər məhsul və xidmətlərimizlə hər-hansı iradlarınız və ya təklifləriniz varsa, bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

DəmirBank hər zaman müştərilərinə keyfiyyətli xidmət göstərməyə və müştəri məmnuniyyətini artırmağa çalışır. Əgər məhsul və xidmətlərimizlə hər-hansı iradlarınız və ya təklifləriniz varsa, bizimlə əlaqə saxlamağınızı xahiş edirik.


Məhsul və xidmətlərimizlə bağlı irad və təkliflərinizi bizə necə bildirə bilərsiniz?

İrad və təkliflərinizi 5 yolla bildirə bilərsiniz:

  • Telefon vasitəsi ilə bankın Qaynar xəttinə (012) 149 zəng edərək;
  • Email vasitəsi ilə shikayet@demirbank.az   email ünvanına elektron məktub göndərərək;
  • Bankın internet (www.demirbank.az) və sosial şəbəkələrindəki (Facebook, İnstagram, Twitter) səhifələrinə yazaraq;
  • Bankın ünvanına (AZ 1008, Bakı şəhəri, Qarabağ küç., 31) poçt vasitəsi ilə məktub göndərərək;
  • Bankın istənilən filialına baş çəkib müraciətlərin qəbulu üzrə məsul şəxsə yaxınlaşmaq və ya filialdakı müraciət qutusuna məktub yerləşdirərək.


Müraciət göndərərkən hansı məlumatları göndərmək lazımdır:

  • Əlaqə məlumatlarınız (ad, soyad, ev və mobil nömrə, email ünvanı (əgər varsa))
  • Hesab nömrəniz (bu məlumatı email ilə göndərməyin)
  • İrad və ya təklifin ətraflı izahı
  • Sizə daha yaxşı xidmət göstərmək üçün və probleminizin həlli ilə bağlı sizin fikriniz


Növbəti Mərhələ

Hər bir müraciətçiyə müraciətinin statusunu bilməsi üçün mərkəzləşdirilmiş baza vasitəsi ilə müvafiq kod verilir. Müştəri müraciətçi öz kodunu Qaynar xəttə (012 149) zəng etməklə müraciətinin həll olunma statusu ilə maraqlana bilər. Bəzi hallarda əlavə araşdırma tələb olunduğundan qəbul olunmuş müraciətlərə həmin gün cavab vermək olmur. Bu hallarda biz Sizin müraciətinizə 3 iş günü ərzində cavab verəcəyik. Əgər araşdırma 5 iş günündən çox çəkərsə o zaman biz sizə müraciətinizin statusu haqqında məlumat verəcəyik. Ümumiyyətlə sizin müraciətiniz ən gec 30 gün ərzində cavablandırılacaqdır.


Müraciətçi ona verilən cavabla razılaşmadıqda nə edə bilər

Bizim məqsədimiz sizin müraciətini istehlakçı hüquqlarınızın qorunması çərçivəsində ən qısa zamanda həll etməkdir. Əgər siz müraciətinizin nəticəsi ilə narazı qalsanız, siz müraciətinizə yenidən baxılması üçün Keyfiyyətə Nəzarət şöbəsi ilə (012-4447198) əlaqə saxlaya bilərsiniz. Müraciətinizin cavabı ilə bağlı razılaşmadıqda Azərbaycan Respublikası Mərkəzi Bankına və ya məhkəməyə müraciət edə bilərsiniz. 


Azərbaycan Respublikası Mərkəzi Bankının əlaqə məlumatları:

Ünvan: AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 32,

Tel.: (994 12) 493 11 22

Faks: (994 12) 493 55 41

Elektron poçt: mail@cbar.az

İstehlakçıların müraciətlərinə baxılmasına dair qaydalar