Valyuta məzənnələri

26.05.2017

Alış Satış
USD 1.69 1.7
EUR 1.8835 1.912
GBP 2.166 2.1985
RUR 0.0296 0.0301
Alış Satış
USD 1.692 1.702
EUR 1.8865 1.914
GBP 2.169 2.2005
RUR 0.0296 0.0302
CHF 1.7268 1.753
CAD 1.2467 1.2656
TRY 0.4711 0.4782
JPY 1.5077 1.5306
AED 0.4578 0.4648
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi

Əməkhaqqı kartları

DəmirBank-ın Şirkətiniz üçün təklif etdiyi əməkhaqqı kartlarının üstünlüklərindən faydalanın

Bu kartlar vasitəsi ilə şirkət və təşkilatlar əməkdaşları üçün məvacib və mükafatların ödənişini həyata keçirə bilərlər. Şirkət və təşkilatların əməkdaşları bu kartlar vasitəsilə heç bir komissiya ödəmədən günün istənilən vaxtı DəmirBank-ın ATM / filiallarından pul vəsaitini nağd şəkildə çıxara bilər, kartla əmtəə-xidmətlərin alışı zamanı nağdsız ödənişlər və digər əməliyyatlar həyata keçirə bilər.

“Əməkhaqqı kartları” layihəsi çərçivəsində tariflər qarşılıqlı razılıq əsasında müəyyən olunur. Həmçinin qeyd olunan layihə çərçivəsində DəmirBank əlavə imkan kimi qarşılıqlı razılıq əsasında şirkətin / təşkilatın əməkdaşlarına kartla kredit xətti ayıra bilər.

Əməkhaqqı kartları şirkət / təşkilatlar üçün  üstünlükləri

  • Pul vəsaitlərinin inkassasiyası, daşınması, saxlanması və sayılması ilə bağlı maliyyə xərclərinə və vaxt sərfinə qənaət edilir
  • Mühasibatlıq və xəzinədarlıq işi asanlaşır, şirkətdə nağd pul və sənəd dövranı azalır
  • Kassa limitləri və nağd pul vəsaiti ilə bağlı tənzimləyici işlər asanlaşır
  • Məvaciblərin verilməsi günü gərginlik aradan qalxır və operativlik təmin edilir
  • Müasir iş təcrübəsi istifadə edilməklə təşkilatın müsbət imici yüksəlir

Kartların üstünlükləri

  • Azərbaycanda və 200-dək ölkədə kartdan hər gün 24 saat ərzində istifadə
  • Kart ilə bu və digər valyutalarda nağdsız ödənişlərin edilməsi və nağd pulun digər ölkənin yerli valyutasında alınması
  • Bir çox ticarət və xidmət müəssisələrində mal və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişi
  • Bir çox bankomat və bank ofisləri vasitəsilə kartda olan vəsaitin nağd şəkildə çıxarılması
  • İnternet şəbəkəsində mal və xidmətlərin ödənişi
  • 200 mindən çox oteldə otaq sifarişi
  • Card-to-Card xidmətindən istifadə – bir kartdan digər karta vəsaitin bankomat vasitəsi ilə dərhal köçürülməsi.
  • SMS-Bankçılıq xidmətindən istifadə – kartla bütün əməliyyatlar haqqında SMS bildirişlərin dərhal mobil telefona alınması.
  • Çıxarışların alınması – kart hesabı üzrə məlumatları (çıxarışları) Bankda, bankomat və mobil telefon vasitəsi ilə alınması

 

DəmirBank şirkət və təşkilatlara "Əməkhaqqı Plastik Kartları" layihəsi üzrə VISA və MasterCard ödəniş sistemlərinin aşağıdakı plastik kart növlərini təklif edir.

Müəssisə rəhbərlərinə, departament direktorlarına və onların müavinlərinə:

  • VISA Gold Salary
  • MasterCard Gold Salary

Şöbə və bölmə rəisləri / rəhbərləri, baş mühasiblərə:

  • VISA Classic Salary
  • MasterCard Standard Salary

Digər əməkdaşlara:

  • VISA Electron Salary
  • Cirrus / Maestro Salary

Biz Sizə Master təklif edirik