Valyuta məzənnələri

20.02.2017

Alış Satış
USD 1.75 1.84
EUR 1.837 1.9585
GBP 2.149 2.291
RUR 0.0296 0.0316
Alış Satış
USD 1.753 1.837
EUR 1.84 1.9555
GBP 2.152 2.288
RUR 0.0296 0.0315
CHF 1.7252 1.8394
CAD 1.322 1.4095
TRY 0.4774 0.509
JPY 1.5308 1.6321
AED 0.471 0.5022
Zəng sifarişi
Həyat üçün
Biznes üçün
Kredit ödənişi

Hesablaşma-Kassa xidmətləri

DəmirBank rezident və qeyri-rezident hüquqi şəxslərə manat və xarici valyutada hesablaşma-kassa xidmətləri təklif edir.

DəmirBank rezident və qeyri-rezident hüquqi şəxslərə manat və xarici valyutada hesablaşma-kassa xidmətləri təklif edir:

  • Cari hesabların açılması – AZN, USD, EUR və başqa valyutada
  • Pul vəsaitlərinin hesaba mədaxili / köçürülməsi – nağd və nağdsız formada
  • Hesabdan pul vəsaitinin nağd şəkildə alınması
  • Bank köçürmələrinin həyata keçirilməsi – Azərbaycan daxilində və xarici ölkələrə
  • Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
  • Konvertasiya əməliyyatları – digər valyutanın alışı və satışı
  • Bank əməliyyatları üzrə məsləhətlərin verilməsi
  • İnkassasiya xidməti – vəsaitin bir ünvandan digər ünvana daşınması
  • İnternet Banking xidməti – Banka gəlmədən İnternet vasitəsi ilə ofisdən və ya digər yerdən hesab üzrə müxtəlif əməliyyatların həyata keçirilməsi

DəmirBank S.W.I.F.T., AZİPS və XÖHKS ödəniş sistemlərinin üzvüdür, eləcə də Azərbaycanın, ABŞ-ın, Avropa və MDB ölkələrinin onlarla böyük bankları ilə müxbir əlaqələrinə malikdir. Bunlar ölkə daxilində və bütün dünya üzrə bank köçürmələrinin operativ və keyfiyyətlə həyata keçirməyə imkan verir.

Cari hesabın açılması və xidmətlərin göstərilməsi qaydası

Cari hesabın açılması üçün hüquqi şəxslər (şirkətlər / təşkilatlar) aşağıdakı sənədləri təqdim etməlidir:

  • Hesabın açılması üçün Ərizə (hər hesab növü üzrə 1 nümunə)
  • Vergilər Nazirliyində (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyində) qeydiyyatdan keçmiş Nizamnamə (notarial qaydada təsdiq edilmiş surəti)
  • Vergilər Nazirliyindən (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyindən) Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə (notarial qaydada təsdiq edilmiş surəti)
  • Vergilər Nazirliyi (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyi) tərəfindən verilmiş Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarış (notarial qaydada təsdiq edilmiş surəti)
  • Vergilər Nazirliyindən şəhadətnamə-dublikat (hər hesab növü üçün 1 nümunə)
  • Müəssisənin rəhbərinin və baş mühasibinin işə təyinatı barədə əmrdən çıxarış
  • Təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlər
  • Müəssisənin rəhbərinin və baş mühasibinin şəxsiyyətini təsdiq edən sənədlər
  • İmza və möhür nümunələri olan vərəqə (notarial qaydada təsdiq edilmiş)

Qeyri-rezident hüquqi şəxslər cari hesabın açılması üçün aşağıdakı sənədləri (leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq edilmiş formada) təqdim etməlidir:

  • Baş nümayəndənin adına verilmiş etibarnamə
  • Baş ofisin nizamnaməsi və qeydiyyat şəhadətnaməsi
  • Baş ofisin filialı və ya nümayəndəliyinin açılması haqqında qərarı

Əməliyyatların həcmindən asılı olaraq müştərilərə Bank tərəfindən daha güzəştli tariflər təklif oluna bilər.