ÜMUMİ MƏLUMAT
DəmirBank şirkət və sahibkarlara əmlak / avadanlıq lizinqi üzrə xidmətlər təklif edir. Lizinq xidmətlərinə əsasən Şirkətə / Sahibkara (lizinq alana) zəruri olan avadanlığı / əmlakı Bank (lizinq verən) bu əmlakı satandan mülkiyyət hüququ ilə əldə edir, Şirkətin müvəqqəti sahibliyinə və istifadəsinə verir. Lizinq ödəmələri tam həyata keçirildikdən sonra lizinqə alınmış əmlak Şirkətin mülkiyyətinə keçir.
Lizinq məhsulunun üstünlükləri
- Avadanlığın / əmlakın alınmasına vəsait xərclənmir
- Lizinq ödəmələri ƏDV-yə cəlb olunmur
- Alınan əmlak özü öhdəliyin təminatı rolunu daşıyır və adətən əlavə təminata ehtiyac olmur
DəmirBank aşağıdakı sahələr üçün əmlak / avadanlıq lizinqi təklif edir
- Nəqliyyat – minik, sərnişin, yük avtomobilləri
- İstehsal – qida sənayesi, mebel və ağac emalı, tikinti materialları, yüngül sənaye, metallurgiya, qeyri-ənənəvi istehsal sahələri üçün avadanlıq və cihazlar
- Xidmət – iaşə obyektləri, tibb xidmətləri, maliyyə, nəqliyyat xidməti, reklam və mətbəə işi, idman-sağlamlıq kompleksi, İT xidmətləri, rabitə və poçt sahələri üçün avadanlıqlar
- Tikinti – tikinti və təmir avadanlıqları
- Kənd təsərrüfatı – istehsal və emal sənayesi üçün avadanlıqlar
Lizinq xidmətləri DəmirBank-ın Əməliyyat İdarəsi, Mərkəz, Bayıl, Bakıxanov, Binəqədi, Nərimanov, Nəsimi, Yasamal, Qazax, Quba, Gəncə filiallaında göstərilir.
Ətraflı məlumat almaq üçün DəmirBank-ın
Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng edə bilərsiniz.