KREDİT MÜTƏXƏSSİSİ
DəmirBank Göyçay, Şəki, Zaqatala, Şamaxı, Ağdaş, Yevlax, Bərdə və Sabirabad filialları üçün KREDİT MÜTƏXƏSSİSİ vəzifəsinə işə dəvət edir
Tələblər:
- Ali təhsil;
- Yaşı 20-35 arası olan kişi namizədlərinə üstünlük verilir
- Mükəmməl Azərbaycan dili biliyi;
- Kompüter bilikləri (MS Office, Internet); sənədlərlə işləmək bacarığı;
- İnsanlarla ünsiyyət yaratmaq bacarığı;
- Riyazi və hesablama bacarıqları;
- Kredit mexanizmləri haqqında müəyyən bilik və təcrübənin olması arzu olunandır;
Əsas vəzifələr:
- kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə görüş keçirmək
- biznes obyektlərinin cəmləşdiyi ünvanlarda məlumat xarakterli işlər
- kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşlərində iştirak
- kredit götürmüş şəxslərin monitorinq işləri.
CV forması
Göstərilən tələblərə cavab verən namizədlər 30 yanvar 2009-cu il tarixinədək öz ŞƏKİL ilə CV formalarını hr@demirbank.az elektron ünvanına göndərməli, 496 09 77 faks nömrəsinə və ya Qarabağ küçəsi 31 ünvanında yerləşən Bankın Baş ofisinə təqdim etməlidirlər.
Tərcümeyi-hal və ya müraciət məktubunuzda konkret olaraq müraciət etdiyiniz vəzifəni göstərməyiniz vacibdir.