DəmirBank əhaliyə bankda hesab açmadan qısa vaxt ərzində dünyanın 200-dək ölkəsi üzrə pul köçürmə xidmətlərini təklif edir:
Xaricdən göndərilmiş pul vəsaitinin alınması
Xaricə pul vəsaitinin göndərilməsi
Azərbaycan daxilində pul vəsaitinin göndərilməsi və alınması
Pul köçürmə sistemləri
DəmirBank Western Union, Bistraya Poçta, Coinstar və Zolotaya Korona beynəlxalq pul köçürmə sistemlərinə qoşulubdur, bu isə 200-dək ölkə üzrə pul vəsaitini almaq və göndərmək imkanı verir. Ölkə daxilində hesab açmadan pul köçürmələri üçün əhali DəmirBank-ın Şimşək pul köçürmə sistemindən istifadə edə bilər.
İstifadə olunmuş pul köçürmə sistemindən asılı olaraq göndərilmiş pul vəsaiti artıq 1 - 15 dəqiqə sonra alına bilər. Hər bir pul köçürmə sistemi müdafiə mexanizminə malikdir.
DəmirBank-da müxtəlif köçürmə sistemlərinin olması əhaliyə daha aşağı tarif təqdim edən köçürmə sistemini seçmək imkanı yaradır. Komissiyanı yalnız Göndərən tərəf ödəyir, Alan tərəf heç nə ödəmir.
Pul vəsaitinin göndərilməsi qaydası
Şəxsiyyət vəsiqəsi ilə banka gəlməli
Müvafiq pul köçürmə sistemini seçməli
Xüsusi blankı doldurmalı (blankda köçürmə məbləği, Göndərənin tam adı, telefonu və ünvanı, Alanın tam adı, olduğu şəhər və ölkə qeyd olunur)
Köçürülən pul vəsaitini və komissiya haqqını kassaya daxil etməli
Köçürmə sistemini və Bankın verdiyi çıxarışda qeyd olunan xüsusi kodu Alana bildirməli
Pul vəsaitinin alınması qaydası
Pul Göndərəndən köçürmə sistemini və xüsusi kodu öyrənməli
Şəxsiyyət vəsiqəsi ilə banka gəlməli
Xüsusi blankı doldurmalı (blankda köçürmə məbləği, Alanın tam adı və ünvanı, Göndərənin tam adı, olduğu şəhər və ölkə qeyd olunur)
Kassadan pul vəsaitini almalı
Pul köçürmə xidmətlərini DəmirBank Bakı, Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşən bütün
filialları göstərir.