
| Fərdi şəxslər üçün plastik kartlar | Şirkətlər üçün əməkhaqqı kartları | |
| Cirrus / Maestro | Cirrus / Maestro Salary | |
| MasterCard Standard | MasterCard Standard Salary | |
| MasterCard Gold | MasterCard Gold Salary | |
| MasterCard Platinum | VISA Electron Salary | |
| MasterCard Virtual | VISA Classic Salary | |
| VISA Electron | VISA Gold Salary | |
| VISA Classic | Şirkət və təşkilatlar üçün əməkhaqqı kartları barədə ətraflı | |
| VISA Gold | ||
| VISA Platinum | ||
| VISA Virtual |
DəmirBank-ın kartlar üzrə əlavə imkanları və xidmətləri
DəmirBank-ın Bakı və ölkənin regionlarında 29 filialdan və 47 bankomatdan ibarət xidmət şəbəkəsi Bankın plastik kartlardan rahat istifadə imkanı verir.
Plastik kartın sifarişi və əldə edilməsi qaydaları
Kartla 38 günədək faizsiz kredit
DəmirBank plastik kartı ilə müştəri üçün kredit xətti açıla bilər. Kartla kredit xətti əsasən 1 il müddətinə açılır, lakin kredit xətti üzrə 38 günədək faizsiz müddət mövcuddur. Bu zaman:
Müqavilə ərzində kartla kredit xəttindən dəfələrlə istifadə olduqda da yuxarıda göstərilən qaydalar tətbiq edilir. Kartla kredit xətti əmanətçilərə və iş yerindən arayış əsasında digər müştərilərə verilir. Ətraflı
İndividual dizaynlı kartlar
İndividual dizaynla kart xidməti müştərilərə plastik kartın dizaynını öz zövqlərinə uyğun sifariş etmək imkanı verir. Müştəri bu zaman sadəcə istədiyi dizayn nümunəsini Banka gətirməli və ya elektron poçt vasitəsilə göndərməlidir. Dizayn təqdim edildiyi andan plastik kart 3 gün sonra verilir. Kartın sifarişi adi qaydada aparılır. İndividual dizaynlı kartın qiyməti 59 manatdır.
Ekspress-Kart xidməti
"Ekspress-Kart” xidməti DəmirBank-ın Bakı və Sumqayıt şəhərlərində olan filiallarını əhatə edir. “Əməliyyat İdarəsi” filialında müştəri kartı sifariş etdiyi andan 15 dəqiqə ərzində əldə edə bilər. Digər Bakı filiallarında 60 dəqiqə, Sumqayıt filiallında isə 90 dəqiqə ərzində müştəri sifariş etdiyi kartı əldə edə bilər.
Card-to-Card xidməti
Card-to-Card xidməti DəmirBank müştərilərinə bankomatlardan istifadə edərək pul vəsaitlərini bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir. Bu xidmət kredit xəttinin ödənişi üçün də əlverişlidir. Köçürmə etmək üçün müştəri kartın nömrəsini və kartın istifadə müddətini bilməlidir. “Card-to-Card” xidmətinə görə komissiya köçürmə məbləğinin 0,15%-ni təşkil edir.
SMS-Bank xidməti
Bu xidmət müştərilərə kart hesablarına mobil telefonları vasitəsilə nəzarət etmək imkanı yaradır. Müştəri plastik kartı ilə aparılan hər əməliyyat zamanı avtomatik olaraq dərhal SMS-bildiriş alır, bu isə kart itirildiyi və digər hallarda təhlükəsizlik baxımından çox vacibdir.
SMS-Bank xidməti Azərbaycanda və xaricdə mövcud olan bütün mobil operatorların müştərilərinə xidmət göstərir. Bu xidmətə qoşulmaq üçün ödəniş 15 AZN təşkil edir. Müştərilər 050 225 88 93, nömrəsinə zəng etməklə hesabları barədə (balans, əməliyyat, status) geniş məlumat ala bilərlər. Ətraflı
İnternet-Bank xidməti
İnternet-Bank xidməti - İnternet-Bank xidməti plastik kart sahiblərinə https://ibanking.millikart.az/ibanking saytına daxil olaraq plastik kartlar üzrə bir neçə əməliyyatları həyata keçirmək imkanı verir. Ətraflı
Kommunal və rabitə ödənişləri: bankomatlar vasitəsi ilə
DəmirBank-ın plastik kart sahibləri Bankın bankomatları vasitəsilə plastik kartla heç bir komissiya ödəmədən kommunal (işıq, qaz, su) və rabitə (Azercell, Bakcell) ödənişləri həyata keçirə bilərlər. Bankın bankomatlarının ünvanları
Telefon-Bank xidməti ilə kommunal və rabitə ödənişləri
Bu xidmət vasitəsi ilə DəmirBank-ın və ölkənin digər banklarının MasterCard və VISA plastik kart sahibləri evdən və ya ofisdən sadəcə 149 üçrəqəmli telefon nömrəsinə zəng etməklə kommunal (işıq, qaz, su) və rabitə (Azercell, Bakcell, Nar Mobile) ödənişləri həyata keçirə bilərlər. Ətraflı
İnternet ödənişlər
Plastik kart sahibləri DəmirBank-ın İnternet saytının İnternet-Ödənişlər səhifəsinə daxil olmaqla heç bir komissiya ödəmədən kommunal, rabitə, İnternet, kredit və sair ödənişlər həyata keçirə bilər.
Plastik kartlar haqqında əlavə məlumat üçün suallarınızı card@demirbank.az ünvanına yönəldə bilərsiniz.
