
Ölkənin aparıcı banklarından olan DəmirBank əhaliyə əmanət yerləşdirilməsi üçün münasib və etibarlı imkanlar təklif edir. Ölkənin ilk banklarından olan DəmirBank 20 illik fəaliyyəti ərzində əmanətlərin həcminə görə də Azərbaycanın əsas bankları sırasına daxildir.
Aparıcı beynəlxalq maliyyə təşkilatlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) ümumilikdə “35% + 1 səhm” paketi ilə DəmirBank-ın səhmdarları sırasında təmsil olunurlar. Beynəlxalq səhmdarların mövcudluğu DəmirBank-ın etibarlılığından və ona beynəlxalq inamdan xəbər verir.
2004-cü ildən Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq edən DəmirBank, ölkədə beynəlxalq reytinq almış ilk özəl bank olmuşdur. 2009-cu ilin aprel ayında Bankın fəaliyyətini yüksək qiymətləndirən Fitch, onun “B-” reytinqini “stabil” proqnozu ilə təsdiqləmişdir. Bu reytinq Azərbaycan bank sektorunda ən yüksək reytinqlərdəndir, reytinq üzrə “stabil” proqnozu isə Bankın uğurlu inkişafından xəbər verir.
DəmirBank əmanətçiləri arasında mütəmadi qaydada uduş kampaniyası həyata keçirir. Bankın 20 illik yubileyi ilə bağlı əmanətçiləri arasında keçirilmiş “YUBİLEY” uduş kampaniyasının hədiyyələri TOYOTA RAV4 avtomobili, hər biri 7 günə 2 nəfərlik olan Praqa, Vyana, Milan və Paris səyahətləri və 15 ədəd Samsung videokameralarından ibarət olub. Ətraflı
DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin DəmirBank-da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.
“Əmanət çeşidi” proqramı üzrə DəmirBank hazırda əhaliyə münasib şərtlərlə 4 əmanət növü təklif edir – “Göy”. “Sarı”, “Yaşıl” və “Qırmızı”.
Əmanətlərin ümumi şərtlərinin müqayisəli təhliliƏmanətin şərtləri Göy Sarı Yaşıl Qırmızı Əsas üstünlükləri Yüksək faizləri və faizlərin hər ay alınması Əmanətin vaxtından əvvəl cəriməsiz çıxarılması Faizlər hesablanaraq əvvəlcədən öənilir əmanət məbləğinin artırılması və faizlərin kapitallaşdırılması Valyuta Manat,ABŞ dolları, Avrо Manat, ABŞ dolları Manat, ABŞ dolları Manat, ABŞ dolları Minimal məbləğ 100 AZN / USD / EUR / GBP 500 AZN / USD 1000 AZN / USD 100 AZN / USD Müddət 3 aydan 3 ilədək 1 il 1, 2 və 3 il 1, 2 və 3 il Əmanət məbləğinin artırılması Mümkün deyil Mümkün deyil Mümkün deyil İstənilən vaxt, min. 50 AZN / USD Kartla kredit xətti (müştərinin istəyi ilə)) Məbləğin
70%-dəkMəbləğin 70%-dək Məbləğin
50%-dəkMəbləğin
70%-dəkƏmanətin vaxtından əvvəl çıxarılması Sarı əmanəti vaxtından əvvəl çıxarıldıqda heç bir cərimə tutulmur. “Göy”, “Yaşıl” və “Qırmızı” əmanətləri vaxtından əvvəl çıxarıldıqda əmanətin faktiki müddəti 180 gün və daha az olarsa əmanətçiyə 2% illik dərəcəsi ilə faizlər ödənilir; müddət 180 gündən çox olarsa hesablanmış faizlərin 50%-i ödənilir.
Əmanət və onların faiz dərəcələri barədə daha ətraflı:
“Göy” əmanət növü
“Sarı” əmanət növü
