
Uşaq əmanətinin əsas üstünlükləri: faizlərin hər rüb kapitallaşması
Əmanətin valyutası: AZN, USD, EUR
Əmanətin müddəti: 1 ildən uşaq 18 yaşına çatana qədər
Minimal məbləğ: 100 AZN / USD / EUR
Əmanət məbləğinin artırılması: istənilən vaxt min. 50 AZN / USD / EUR
Faizlərin kapitallaşması: hesablanmış faizlər hər rüb əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faiz hesablanır
Faizlərin ödənilməsi: istənilən vaxt bitmiş rüblərdə hesablanmış faiz məbləğinin ödənilməsi
“Yubiley” uduş kampaniyasında iştirak
DəmirBank əmanətçiləri arasında mütəmadi qaydada uduş kampaniyası həyata keçirir. Bankın 20 illik yubileyi ilə bağlı əmanətçiləri arasında keçirilmiş “YUBİLEY” uduş kampaniyasının hədiyyələri TOYOTA RAV4 avtomobili, hər biri 7 günə 2 nəfərlik olan Praqa, Vyana, Milan və Paris səyahətləri və 15 ədəd Samsung videokameralarından ibarət olub. Ətraflı
İllik faiz dərəcələri
| Əmanətin valyutası | Cari illik faiz dərəcəsi | |
| AZN | 11% | |
| USD | 10,5% | |
| EUR | 4,8% | |
“Uşaq” əmanətinin faiz dərəcəsi Bankda mövcud olan əsas müddətli əmanətin orta faiz dərəcəsinə bərabərdir və həmin faiz dərəcəsi dəyişdiyi halda Bankda olan bütün “Uşaq” əmanətləri üzrə faizlər həmin gündən etibarən yeni faiz dərəcəsi ilə hesablanır.
Əmanətlərin sığortalanması
DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin DəmirBank-da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.
Əmanətin vaxtından əvvəl çıxarılması
Müştərinin istəyi ilə Bank əmanətin müddəti bitməmiş maksimum 5 iş günü ərzində (adətən həmin gün) əmanətçiyə əmanət məbləğinin hamısını qaytarır. Bu şərt bank və müştəri arasında bağlanan müqavilədə də öz əksini tapmışdır.
Bu halda “Uşaq” əmanət növü üzrə hesablanmış faizlər aşağıdakı qayda ilə ödənilir:
Müqavilənin uzadılması
