
DəmirBank 20 illik yubileyi ilə bağlı əmanətçiləri arasında yeni “YUBİLEY” uduş kampaniyası həyata keçirir.
Kampaniyanın hədiyyələri
2009-cu ilin oktyabr – dekabr ayları ərzində hər ay 4 ədəd videokamera və 1 ədəd Xaricə Səyahət paketi oynanılır. 2010-cu ilin yanvar ayında isə 3 ədəd videokamera, 1 ədəd Xaricə Səyahət paketi və TOYOTA RAV 4 avtomobili oynanılacaq.
İştirak şərtləri
“YUBİLEY” uduş kampaniyasında DəmirBank-da ən azı 12 ay müddətində və ən azı 1 000 AZN / USD / EUR / GBP məbləğində yerləşdirilmiş bütün əmanətlər (Sarı əmanəti istisna olmaqla) iştirak edir. Bu şərtlərə cavab verən əmanətlər kampaniyada hər ay iştirak edir. DəmirBank-ın səhmdarlarının və əməkdaşlarının əmanətləri kampaniyada iştirak etmir.
Əmanətin hər 1 000 AZN / USD / EUR / GBP məbləği hər uduşda 1 şansa bərabər olur. Beləliklə, daha çox əmanət məbləği, uduş kampaniyasında əmanətçiyə daha çox şans verir.
Hədiyyələrin uduşu
Hədiyyələrin oynanılması 2009-cu ilin oktyabr ayından 2010-cu ilin yanvar ayı daxil olmaqla hər ayın 30-u tarixində keçirilir. Ayın 30-u qeyri-iş günü olduqda, hədiyyələrin uduşu növbəti iş günündə müəyyən edilir.
Hədiyyələrin qalibləri müxtəlif təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrindən təşkil olunmuş 5 nəfərdən ibarət Münsiflər Heyətinin iştirakı ilə müəyyən edilir.
Hədiyyələrin uduşu 5 bölməli lototron vasitəsilə həyata keçirilir. Lototronun hər bölməsinə 0-dan 9-dək rəqəmlə işarələnmiş kürələr daxil edilir. Hər bölmədən 1 kürə çıxarılmaqla, sonda 5 rəqəmli nömrə alınır.
Şansların siyahısında bu nömrəli şansın sahibi olan əmanətçi hədiyyənin qalibi olur. Bank qalibləri hədiyyə udmaları barədə telefonla və ya digər vasitələrlə xəbərdar edir.
“Yubiley” uduş kampaniyasının şərtlərinin tam mətni
