DəmirBank Azərbaycanda beynəlxalq reytinq almış ilk özəl bankdır, bu isə Bank üçün beynəlxalq reytinqin önəmli olmasını göstərir.
| DəmirBank beynəlxalq reytinqlərin verilməsi sahəsində dünyada aparıcı mövqelərə malik olan Fitch Ratings agentliyi tərəfindən ilk dəfə olaraq 2004-cü ildə qiymətləndirilmişdir. |  |
Bankın reytinqi növbəti qiymətləndirmələr zamanı yüksəlmişdir. DəmirBank fəaliyyəti Fitch Ratings agentliyi tərəfindən 2010-cu ilin fevral ayında yenidən qiymətləndirilmişdir və Bankın aşağıdakı reytinqi təsdiqlənmişdir:
Fitch Ratings agentliyindən olan reytinq| Uzunmüddətli reytinq | B- |
| Qısamüddətli reytinq | B |
| Proqnoz | Stabil |
| DəmirBank yüksək qiymətləndirilərək beynəlxalq reytinq agentliyi "Planet Rating" tərəfindən reytinq alan Azərbaycanda ilk bank olmuşdur. |  |
"Planet Rating" agentliyindən olan reytinq
| Qısamüddətli reytinq | B+ |
| Maliyyələşdirmə və Likvidlik kateqoriyası | A |
| Sosial reytinq | 2+ |
| Proqnoz | Pozitiv |
DəmirBank-ın beynəlxalq reytinqləri ölkədə özəl banklar sırasında ən yüksək reytinqlərdəndir, reytinq üzrə “stabil” və "pozitiv" proqnozları isə Bankın uğurlu inkişafından xəbər verir.
DəmirBank səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edir.
Hazırda ölkədə fəaliyyət göstərən 46 bankdan yalnız 10-dək bank beynəlxalq reytinqə malikdir. Bankın reytinqi onun beynəlxalq əlaqələrinin və əməkdaşlığının genişlənməsində də mühüm əhəmiyyət kəsb edir.