
DəmirBank xaricdə təhsil alanlara pulsuz MasterCard Standard və VISA Classic plastik kartlarını təqdim edir. Bu plastik kartlar dünyanın 200-dək ölkəsində istifadə olunur və müxtəlif üstünlüklərə malikdir.
Xaricdə təhsil alanlar üçün plastik kartların üstünlükləri
• bankomat və bank vasitəsilə kartda olan vəsaiti nağd şəkildə çıxarılması
• ticarət və xidmət müəssisələrində mal və xidmətlərin nağdsız ödənişi
• Card-to-Card xidməti vasitəsilə pul vəsaitinin bir kartdan digər karta köçürülməsi
• Ailə üzvləri və digər yaxınlar tərəfindən kart hesabına pul vəsaitinin yerləşdirilməsi
• Nağd pul saxlama və özünlə gəzdirmə zərurətinin aradan qalxması
Pulsuz plastik kartların əldə edilməsi
• VISA Classic və MasterCard Standard kartları xaricdə ali təhsil alan tələbələrə və ən azı 1 ay müddətinə müxtəlif kurslar keçən şəxslərə təklif olunur
• Pulsuz Plastik Kart əldə etmək istəyən müştəri şəxsiyyət vəsiqəsi və qəbul olduğu xarici ölkənin tədris müəssisəsində oxuduğunu təsdiq edən sənəd ilə Bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşması kifayətdir
• Kart hesabı ABŞ dolları və ya avro valyutasında açıla bilər.
• Hesaba minimum 50 ABŞ dolları və ya avro məbləğində ilkin mədaxil edilməlidir
Bu proqram xaricdə təhsil alan gənclərin inkişafına dəstək xarakteri daşıyır və DəmirBankın sosial-yönümlü siyasətinə əsasən həyata keçirilir.
