
DəmirBank səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatlarının daxil olması Bankın etibarlılıq səviyyəsini bir daha əks etdirmişdir və onun inkişafı üçün yeni imkanlar yaratmışdır.
AYİB və FMO ümumilikdə “35% + 1 səhm” həcmində səhm paketi ilə DəmirBankın Müşahidə Şurasında təmsil olunurlar və Bankın inkişafı ilə bağlı strateji məsələlərin həllində fəal iştirak edirlər.
DəmirBankın səhmdar kapitalının tərkibi:
• 65% – yerli səhmdarlar (fiziki və hüquqi şəxslər)
• 25% + 1 səhm – Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
• 10% – Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
Avropa Yenidənqurma və İnkişaf Bankı 1991-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Bankın baş ofisi London şəhərində yerləşir.
Avropa Yenidənqurma və İnkişaf Bankı Avropa və mərkəzi Asiya ölkələrində özəl sektorun və bazar iqtisadiyyatının inkişafı məqsədi ilə Avropanın 40 ölkəsi, Avropa Komissiyası və Avropa İnvestisiya Bankının tərəfindən yaradılmışdır. Hazırda 61 ölkə və 2 beynəlxalq təşkilat AYİB-in sahibləridir.
AYİB fəaliyyətini Avropanın və mərkəzi Asiyanın 30 ölkəsində həyata keçirir və iri maliyyə vəsaitləri cəlb edərək onları bu ölkələrin inkişafına yönəldir. AYİB əsasən bankların, müəssisələrin və şirkətlərin kapitalına sərmayələr və layihə maliyyələşdirilməsini həyata keçirir.
AYİB-in nizamnamə kapitalı 20 mlrd. avro təşkil edir. AYİB beynəlxalq reytinq agentliklərinin ən yüksək kredit reytinqlərinə malikdir: Standard & Poor's – AAA, Moody's – Aaa və Fitch – AAA.
AYİB-in fəaliyyəti ilə daha ətraflı www.ebrd.com internet səhifəsində tanış ola bilərsiniz.
Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO)
Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) dünyanın inkişaf edən ölkələrində özəl sektorun inkişafı məqsədi ilə Hollandiya hökuməti (51%), Hollandiyanın aparıcı bankları (42%) və 100-dək müxtəlif şirkətlər və assosiasiyalar (7%) tərəfindən 1970-ci ildə yaradılmışdır.
FMO Şərqi Avropanın, Asiyanın, Afrikanın və Latın Amerikasının 80 ölkəsində 4,2 mlrd. avro məbləğində ümumi investisiya portfeli ilə fəaliyyət göstərir.
1999-cu il tarixdən etibarən FMO bütün dünyada tanınmış Standard & Poor's beynəlxalq reytinq agentliyinin ən yüksək AAA kredit reytinqinə malikdir.
FMO-nun fəaliyyəti ilə daha ətraflı www.fmo.nl internet səhifəsində tanış ola bilərsiniz.
