DəmirBankın strateji məqsədlərindən biri sosial-yönümlü fəaliyyətin gücləndirilməsi, həmçinin, “sosial-yönümlü bank” anlayışının yaradılması və saxlanılmasıdır.
Bu məqsədlə Bank “Sosial məsuliyyət strategiyası”na riayət edir və aşağıdakı istiqamətlərdə müxtəlif tədbirlər həyata keçirir:
- Sahibkarlara mikro və kiçik kreditlər üzrə proqramların həyata keçirilməsi
- Bankın regional filial şəbəkəsini genişləndirməklə, regionların inkişafına dəstək
- Əhalidən kommunal xidmətlər (işıq, qaz, su) üzrə ödənişlərin qəbulu
- Əhalinin məşğulluğu proqramlarında iştirak
- Sosial proqramlarda iştirak
- İctimai əhəmiyyətli layihələrin maliyyələşdirilməsi
- Bankın əməkdaşları üçün sosial təminat proqramları və s.
DəmirBank öz əməkdaşlarının sosial təminatının gücləndirilməsinə böyük əhəmiyyət verir və aşağıdakı tədbirləri həyata keçirir:
- İşin nəticəsindən asılı olaraq əməkdaşlar üçün bonus proqramı
- Əməkdaşların tibbi sığorta ilə təmin olunması
- Əməkdaşların həyatında əlamətdar günlər münasibətilə müavinətlərin verilməsi
- Ehtiyaclara əsasən əməkdaşları telefon danışıqları üzrə limitlə təmin edilməsi
- Əməkdaşların idman-sağlamlıq komplekslərinə abonementlə təmin olunması
- Əməkdaşların peşəkar inkişafının stimullaşdırılması və onların xaricdə təhsilinin maliyyələşdirilməsi
- Bankın bütün əməkdaşlarının iştirakı ilə korporativ tədbirlərin keçirilməsi və s.
DəmirBank ümumbəşəri dəyərləri əsas tutaraq, müştərilərlə, tərəfdaşlarla və kollektiv daxilində mövcud olan münasibətlərdə, həmçinin, əməkdaşların işə götürülməsi, işçilərin peşəkar və karyera inkişafı zamanı, habelə hər hansı digər növ hallarda gender, milli, dini və irqi ayrı-seçkiliyə yol verilməsini tam istisna edir.
Müxtəlif istiqamətlərdə davamlı iş nəticəsində, DəmirBank sosial-yönümlü fəaliyyətini hər il daha da gücləndirir.