
![]() | Rəhman Hacıyev Müşahidə Şurasının Sədri 7 fevral 1955-ci ildə anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirmişdir. 1977-ci ildən bank sistemində işləyir. 1989-cu ildə DəmirBank-ı təsis etmişdir. 1994-cü ilədək DəmirBank-da İdarə Heyətinin Sədri vəzifəsində çalışmışdır. 1994-cü ildən DəmirBank-ın Müşahidə Şurasının Sədridir. Ailəlidir, üç övladı var. |
![]() | Tofiq Qənbərov 26 aprel 1955-ci ildə anadan olmuşdur. 1976-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 2002-ci ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidmətinin aparıcı iqtisadçı vəzifəsində çalışır. Ailəlidir, bir övladı var. |
İrakli Manaqadze 27 oktyabr 1967-ci ildə anadan olmuşdur. 1991-ci ildə Tbilisi Dövlət Universitetinin İqtisadiyyat və İctimai Coğrafiya fakultəsini bitirmişdir. 2004-cü ildə Amerika Ticarət Palatası tərəfindən “Ölkənin Biznes, İctimai və İdarəetmə Sektorunu dəyişdirən Hökumət və Qeyri-hökumət Başçıları” ənənəvi mükafata layiq görülmüşdür. 2005-ci ilə qədər Gürcüstan Milli Bankının Prezidenti və Sədri vəzifəsində çalışmışdır. 2005-ci ildən Londonda Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə müəssisələri siyasəti üzrə baş müşavir vəzifəsində çalışır. | |
![]() | Dik Snayders 24 oktyabr 1941-ci ildə anadan olmuşdur. 1970-ci ildə Niderland Dövlət Nəqliyyat İnstitutunu bitirmişdir. Əvvəllər FMO-nun Müşahidə Şurasının Sədri vəzifəsində çalışmışdır. Hazırda SFP-nin Təqaüd Fondu Şurasının Sədri vəzifəsində çalışır. Ailəlidir, iki övladı var. |
