
| Roman Əmircanov İdarə Heyətinin Sədri 2 oktyabr 1963-cü ildə anadan olmuşdur. 1985-ci ildə Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və Statistika fakültəsini bitirmişdir. 1986-cı ildən bank sistemində işləyir. 1991-cı ildən DəmirBank-da İdarə Heyəti Sədrinin müavini təyin edilmişdir. 1994-cü ildən DəmirBank-ın İdarə Heyətinin Sədridir. Ailəlidir, iki övladı var. |
![]() | Mərdan Şıxəliyev İdarə Heyəti Sədrinin 1-ci müavini, İH Üzvü 16 fevral 1960-cı ildə anadan olmuşdur. 1982-ci ildə Xarkov Mühəndislər institutunun mühəndis-iqtisadçı fakültəsini bitirmişdir. 1993-cü ildən bank sistemində işləyir. 1996-cı ildən DəmirBank-da aparıcı iqtisadçı, Əməliyyat İdarəsi filialının müdiri, Maliyyə-Kredit departamentinin müdiri vəzifələrində çalışmışdır. 2004-cü ildən DəmirBank-ın İdarə Heyəti Sədrinin 1-ci Müavinidir. Ailəlidir, iki övladı var. |
![]() | Oktay Əliyev İdarə Heyəti Sədrinin müavini, İH Üzvü 23 sentyabr 1955-ci ildə anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1992-ci ildən bank sistemində işləyir. 1992-ci ildə DəmirBank-ın Hüquq şöbəsinin müdiri təyin edilmişdir. 1994-cü ildən Bankın İdarə Heyəti Sədrinin Müavinidir. Ailəlidir, bir övladı var. |
![]() | Yusif Cabbarov İdarə Heyəti Sədrinin müavini, İH Üzvü 15 dekabr 1981-ci ildə anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə və Kredit fakültəsini bitirmişdir. 2001-ci ildən bank sistemində işləyir. 2001 - 2006-cı illərdə Azərbaycan Milli Bankında iqtisadçı, aparıcı iqtisadçı, Xarici Nəzarət şöbəsinin rəisi və Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru vəzifəsində işləmişdir. 2007-ci ildə Böyük Britaniyanın Birmingem Biznes Məktəbini bitirmişdir, “Bank işi və beynəlxalq maliyyə” fakültəsi, MBA dərəcəsi. 2007-ci ildən DəmirBank-ın İdarə Heyəti Sədrinin Müavinidir. Ailəlidir, bir övladı var. |
![]() | Rauf Axundov İdarə Heyəti Sədrinin Müavini 27 iyun 1975-ci ildə anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini və 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bitirmişdir. 1998-ci ildən bank sistemində işləyir. 2007 - 2009-cu illərdə Kredit Departamentinin direktoru vəzifəsində işləmişdir. 2009-cu ildən DəmirBank-ın İdarə Heyəti Sədrinin Müavinidir. Ailəlidir, iki övladı var. |
