
Müddət | AZN | USD |
| 12 ay | 10,5% | 10% |
| 24 ay | 11% | 10,5% |
| 36 ay | 11,5% | 11% |
Qırmızı” əmanət üzrə hesablanmış faizlər hər ay əsas əmanət məbləğinin üzərinə əlavə olunur və əmanət məbləğinə hesablanmış faizlərə də əmanətin stabil illik faiz dərəcəsi ilə faiz hesablanır. Hesablanmış faizlər yalnız əsas əmanət məbləği ilə birgə çıxarıla bilər.
Əmanətlərin sığortalanması
DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin DəmirBank-da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.
Əmanətçilər üçün kartla kredit xəttinin açılması
Əmanətçinin istəyinə əsasən ona plastik kart ilə əmanətin 70%-dək məbləğində 1 il müddətinə kredit xətti açıla bilər. Bu kredit xətti əmanət müqaviləsi qüvvədə olduğu müddətdə açılır.
Bu zaman:
• Növbəti ayın 9-u tarixinə qədər kredit borcu tam ödənilərsə kredit xəttindən istifadəyə görə faizlər hesablanmır
• Növbəti ayın 9-u tarixinə qədər kredit borcu tam ödənilməzsə və ya qismən ödənilsə kredit borcuna görə istifadə müddəti ərzində 25% illik dərəcəsi ilə faiz hesablanır (yəni adi qayda ilə kredit borcuna faiz hesablanır)
Müqavilə müddətinin qüvvədə olduğu dövrdə kredit xəttindən mütəmadi istifadəsi zamanı hər istifadə üçün yuxarıda göstərilən qaydalar tətbiq edilir. Əgər kredit xəttindən istifadəyə görə faizlər vaxtında ödənilməyibsə, onlar əmanətçinin cari hesabına əmanət üzrə hesablanan faizlərdən və ya əmanətin əsas məbləğindən tutula bilər.
Əmanətin vaxtından əvvəl çıxarılması
Müştərinin istəyi ilə Bank əmanətin müddəti bitməmiş maksimum 5 iş günü ərzində (adətən həmin gün) əmanətçiyə əmanət məbləğinin hamısını qaytarır. Bu şərt bank və müştəri arasında bağlanan müqavilədə də öz əksini tapmışdır.
Bu halda “Qırmızı” əmanət növü üzrə hesablanmış faizlər aşağıdakı qayda ilə ödənilir:
• əmanətin faktiki müddəti 180 gün və daha az olarsa, əmanətçiyə 2% illik dərəcəsi ilə faizlər hesablanır və ödənilir
• əmanətin faktiki müddəti 180 gündən çox olarsa, hesablanmış faiz məbləğinin 50% hissəsi əmanətçiyə ödənilir
Müqavilənin uzadılması
Əgər müqavilə müddəti bitdikdə əmanət çıxarılmayıbsa əmanət müqavilədə göstərilən müddətə avtomatik uzadılır və bu halda uzadılma günündə Bankda mövcud faiz dərəcələri tətbiq edilir.
Depozit kalkulyatoru
