Beynəlxalq ticarət əməliyyatlarının alıcı və satıcı arasında rahat və minimal risklə aparılması məqsədi ilə, DəmirBank sərfəli şərtlərlə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif xidmətlər təklif edir.
DəmirBank ticarətin maliyyələşdirilməsi üzrə dünyanın aparıcı beynəlxalq maliyyə təşkilatları və xarici bankları ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq Banka bütün növ sənədli əməliyyatlar (akkreditiv, bank zəmanətləri, inkasso) üzrə xidmətlər göstərməyə imkan verir.
Akkreditivlər
Satıcı tərəfindən malın göndərilməsi, müvafiq sənədlərin təqdim edilməsi və akkreditivin digər şərtlərinin yerinə yetirilməsi müqabilində alıcının göstərişinə əsasən akkreditivdə göstərilən məbləğin satıcıya ödənişini təmin edən razılaşmadır.
Akkreditivin formaları
Geri çağırıla bilməyən akkreditiv - Vəsait alanın razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilməyən akkreditiv geri çağırıla bilməyən akkreditiv sayılır. Geri çağırılmayan akkreditiv emitent bankın qəti öhdəliyidir. Geri çağırılmayan akkreditiv emitent bankın razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməz.
Geri çağırıla bilən akkreditiv - Vəsait alana qabaqcadan bildirmədən emitent bankın dəyişdirə və ya ləğv edə bildiyi akkreditiv geri çağırıla bilən akkreditiv sayılır. Akkreditivin geri çağırılması emitent bankın vəsait alan qarşısında hər hansı öhdəliklərini yaratmır.
Revolver akkreditiv - Bərabər hissələrə bölünərək, əlavə düzəliş olmadan bir neçə dəfə təkrarlanır.
Qarşılıqlı akkreditiv (Back-to-Back) - Alınmış hər hansı bir akkreditiv təminat kimi qəbul edilərək, onun əsasında digər akkreditiv açılır.
Transferabel akkreditiv (köçürülə bilən) - Satıcıya qəbul etdiyi akkreditivin bir və ya bir neçə hissəsini digər satıcılara yönəltmək hüququ verir.
Rezervli akkreditiv (Stand-by) - Malın alıcı və satıcısına açıq hesabla işləmək imkanı verir və akkreditiv malın alıcısı ödəniş öhdəliklərini yerinə yetirmədikdə icra olunur.
Bankın akkreditivləri tanınmış maliyyə institutları tərəfindən təsdiqlənir. Xarici bankların təqdim etdiyi kredit xətləri DəmirBank üçün öz tərəfdaşlarına xarici iqtisadi əməliyyatların maliyyələşdirilməsi üzrə sərfəli şərtlərlə xidmətlər təklif etməyə imkan yaradır. DəmirBank öz müştərilərinə aşağıda sadalanan sənədli əməliyyatların həyata keçirilməsi üzrə bütün növ xidmətləri təklif edir:
ixrac akkreditivləri;
birinci dərəcəli banklar tərəfindən təsdiq edilən və təsdiqsiz idxal akkreditivləri (örtüksüz, sonradan maliyyələşdirmə);
Azərbaycan ərazisində DəmirBank öz müştərilərinə akkreditivləri həm manatla, həm də xarici valyutada açır.
Bank Zəmanətləri
Yazılı ödəniş tələbinin və zəmanət şərtlərində göstərilmiş digər sənədlərin təqdim olunması müqabilində zaminin (Bankın) ödənişi həyata keçirəcəyi barədə yazılı təminatdır.
Bank zəmanətlərinin formaları
Bank vasitəsiz və ya digər bank vasitəsilə ilə aşağıda qeyd olunmuş növlərdə açılmış bank zəmanətləri (qarantiyaları) təqdim edir.
Təklif zəmanəti (konkurs yaxud tender zəmanəti) – bu növ zəmanət müəssisənin etdiyi təklifin cavabında verilən sifarişdən imtina hallarının sığortalanmasını təmin edir.
İcra zəmanəti - bu növ zəmanət təchizatın, yaxud xidmətin müqaviləyə uyğun olaraq və vaxtında yerinə yetirilməsini təmin edir.
Avans zəmanəti – bu növ zəmanət müqavilənin şərtləri avans ödəniş tələbini irəli sürən halları təmin edir və satıcı tərəfindən öhdəliklərin icra edilməməsi avans ödənişinin qaytarılmasını nəzərdə tutur.
Ödəmə zəmanəti - bu zəmanət alıcının ödəniş tələbini təmin edir.
Gömrük zəmanəti – hər hansı bir yük ölkəyə müvəqqəti olaraq gətiriləndə istifadə olunur və bu yük müəyyən olunmuş müddətdən sonra ölkədən çıxarılmırsa, bu zəmanət məbləği ödənilir.
İnkasso əməliyyatları
Sənədli inkassoda bank, öz müştərisinin (satıcı) göstərişi ilə, bütün sənədləri alıcının bankına, sənədlərin alıcıya təhvil verilməsi üzrə bütün şərtlərin göstərildiyi inkasso tapşırığı ilə birlikdə göndərir. Sənədli inkasso alıcının nöqteyi-nəzərindən mükəmməl variant hesab olunur, çünki bütün risklər satıcının üzərinə düşür. Məhz satıcı ona ödənişin aparılacağına əvvəlcədən zəmanət almadan malı göndərməlidir. DəmirBank bu növ əməliyyatları yalnız aşağıda qeyd olunan hallarda təqdim edir:
satıcı (ixracatçı) və alıcı (idxalçı) bir birlərinə etibar etdikdə
alıcının ödənişi icra etməsinə imkanının və istəyinin olmasına şübhə olmadığı halda
ticarət aparan ölkələr öz siyasi, iqtisadi və hüquqi durumunun sabitliyi ilə seçildiyi halda.
Ətraflı məlumat üçün DəmirBank-ın 149 Telefon Məlumat Mərkəzinə zəng edə bilərsiniz.
Bankın sənədli əməliyyatlarından istifadə etmək üçün DəmirBank-ın Bakı, Gəncə, Sumqayıt, Ağdaş, Bərdə, Göyçay, İmişli, Qazax, Quba, Qusar, Lənkəran, Masallı, Sabirabad, Şamaxı, Şəki, Yevlax, Zaqatala şəhərlərində yerləşən filiallarına müraciət etmək olar.