İnternet-Bank xidməti internet şəbəkəsi vasitəsilə bank hesablarını real vaxt rejimində (on-line) idarəetmə üzrə elektron hesablaşma sistemidir.
Bankda hesabı olan hər bir hüquqi şəxs (şirkət, təşkilat) ilə İnternet-Bank vasitəsilə hesablaşmaların aparılması üçün Bank hesabı müqaviləsinə əlavə müqavilə imzalanaraq, aşağıdakı bank əməliyyatları həyata keçirilə bilər:
Ödəniş tapşırıqların yığılması
Ödəniş tapşırıqların cədvəl şəkilində yığılması (işçilərə əmək haqqı ödənişləri həyata keçirildikdə)
Ödəniş tapşırıqların təsdiq olunması
Hesab üzrə çıxarışların alınması
Ödəniş tapşırıqların arxivləşdirilməsi
Konvertasiya əməliyyatlarının aparılması
Bundan başqa, İnternet-Bank xidməti vasitəsilə Bankla müştəri arasında sərbəst formatda qısa yazışmalar aparıla bilər.
Müştərinin istəyi ilə İnternet-Bank sisteminə 1 pilləli, 2 pilləli və ya 3 pilləli daxil olma və təsdiqlənmə aparılması üçün kodlaşdırılma tətbiq oluna bilər. İnternet-Bankinq sisteminə hər bir pillədəki giriş xüsusi Diqipass qurğularından istifadə etməklə həyata keçirilir.
DİQİPASS - İnternet-Bank sisteminə giriş parolunu generasiya edən və sistemə hər bir giriş həyata keçirildikdən sonra avtomatik olaraq parolu dəyişən elektron qurğudur.
İnternet-Bank vasitəsilə hesablaşmaların aparılması üçün istifadəçi,
İnternet-Bank səhifəsini açaraq, öz Loginini yığır
Diqipassda öz PİN-kodunu yığır
Diqipassın generasiya etdiyi kodu kompüterin ekranında olan xüsusi pəncərədə yığır. Bu zaman, məlumatların daxil edilməsi və alınmış məlumata baxmaq üçün giriş açılır
Ödəniş sənədi yığıldıqdan sonra, hər bir istifadəçi öz tərəfindən onu təsdiqləyir. İstifadəçilərdən hər-hansı biri tərəfindən təsdiqlənməyən məlumat sistem vasitəsilə keçə bilməz.
İnternet-Bank sistemindən istifadə edən hər bir müştəri İnternet və öz Diqipass qurğusu vasitəsilə istənilən yerdən məlumatların alınmasını və təsdiqlənməsini həyata keçirə bilər.
Müştərilər İnternet-Bankinq sistemindən istifadə etdikləri dövrdə sistemin administratoru onları müşayiət edərək bütün lazımi məlumat və izahatlar verir.
Giriş