
DəmirBank şirkət və təşkilatlara nağd pulun dövriyyəsi ilə bağlı aşağıdakı inkassasiya xidmətlərini göstərir:
Təhlükəsizlik və zəmanət
DəmirBank inkassasiya xidmətlərini yüksək təhlükəsizlik tələblərinə cavab verən və mühafizəçilərlə təmin olunmuş özünün inkassator avtomobilləri ilə həyata keçirir.
İnkassasiya xidmətlərinin təhlükəsizliyinə Bank tərəfindən tam zəmanət verilir.
Xidmətdən istifadə qaydası
Hüquqi şəxslərə inkassasiya xidmətlərinin göstərilməsi razılaşma əsasında həyata keçirilir. İnkassasiya üzrə tariflər müqavilə əsasında təyin olunur. Qiymətlilər və pul vəsaitləri müştəri ilə razılaşdırılmış vaxtda çatdırılır.
İnkassasiya xidmətlərindən istifadə etmək üçün DəmirBank-ın istənilən filialına müraciət etmək olar.
