NOMİNASİYALAR
“Ən yaxşı korporativ sayt” nominasiyasında NETTY 2010 mükafatı
DəmirBank-ın internet saytı
NETTY 2010 Milli İnternet Mükafatı müsabiqəsində Azərbaycanda “Ən yaxşı korporativ sayt” nominasiyasının qalibi olub.
Azərbaycanın Milli İnternet Mükafatı NETTY ölkədə informasiya texnologiyaları sahəsində ilk və ən yüksək peşəkar mükafat hesab edilir. 2005-ci ildən hər il keçirilən NETTY Milli İnternet Mükafatı dövlət səviyyəsində dəstəklənir.
Saytda 3 dildə 225-dən çox səhifə və buna əlavə olaraq daim yenilənən xəbərlər bölməsi mövcuddur. Saytın istifadəçiləri bank və xidmətlər haqqında geniş məlumat ala bilər, müxtəlif kalkulyatorlardan, valyuta çeviricisindən, on-layn sifariş formasından, on-layn məlumat xidmətindən və müxtəlif xidmətlərin on-layn ödəniş imkanlarından istifadə edə bilər.
“Uğurlu Rebrendinq” nominasiyasında “UĞUR-2009” mükafatı
DəmirBank “Uğurlu Rebrendinq” nominasiyası üzrə “UĞUR” biznes və iqtisadiyyat milli mükafatına layiq görülüb. Bu mükafat “UĞUR-2009” mərasimində 19 mart 2010-cu il tarixində Gülüstan sarayında təqdim edilib. “Uğurlu Rebrendinq” nominasiyası üzrə mükafat DəmirBank-ın rebrendinq istiqamətində uğurlarını əks etdirir.
Bankın 2009-cu ildə yeni ad seçimi, yeni loqotipin qəbulu, rebrendinq TV reklam kampaniyası, “Yubiley” kampaniyası, müxtəlif reklam və PR fəaliyyəti, TV reportajlar, jurnallarda məqalələr, reklam materialların yenilənməsi, brend kitabın hazırlanması, filiallarda yeni korporativ üslubun tətbiqi işləri və rebrendinq ilə bağlı bu kimi aparılan işlər nəzərə alınıb.
DəmirBank-ın rebrendinq TV reklamı - “Azərbaycanda 2009-cu ilin ən bəyənilən TV reklamı”
“Azərbaycan Marketinq İcması MAK.AZ” tərəfindən 2009-cu ilin ən bəyənilən TV reklamı mövzusunda sorğu keçirilib. Bu sorğuda 1100 nəfərədək respondent iştirak edib.
Sorğunun nəticələrinə əsasən DəmirBank-ın rebrendinq TV reklamı 1-ci yeri tutaraq “Azərbaycanda 2009-cu ilin ən bəyənilən TV reklamı” seçilib.
“Gənclərin Dostu” Milli Mükafatı çərçivəsində "Gənclərlə səmərəli iş fəaliyyəti” üzrə FƏXRİ DİPLOM
DəmirBank 2010-cu ilin fevral ayında Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənclərin Dostu” Milli Mükafatı çərçivəsində "Gənclərlə səmərəli iş fəaliyyəti” nominasiyası üzrə FƏXRİ DİPLOMA layiq görülmüşdür.
DəmirBank-ın Fəxri Diplom ilə təltif edilməsi onun uğurlu fəaliyyəti, gənclərə xüsusi xidmətlərin və imkanların təqdim edilməsi, Bankda çoxsaylı gənc əməkdaşların işləməsi, gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsilinin maliyyələşdirilməsi, gənclər və təhsil təşkilatları ilə əməkdaşlıq kimi amillər nəzərə alınıb.
VISA International sistemindən "50 000-ci kartın buraxılışı" üçün Fəxri Sertifikat
DəmirBank "50000-ci plastik kartın buraxılışı" üçün VISA International ödəniş sistemi tərəfindən Fəxri Sertifikata layiq görülmüşdür. Sertifikat VISA International ödəniş sistemi tərəfindən təşkil edilmiş və onun Azərbaycanda fəaliyyətinin 12 illiyinə həsr edilmiş təntənəli mərasimdə təqdim edilmişdir.
Fəxri Sertifikat ölkənin plastik kart bazarının fəal iştirakçısı olan DəmirBank-ın fəaliyyətinin nəticələrini əks etdirir. VISA International və MasterCard International ödəniş sistemləri ilə uzun illər ərzində əməkdaşlıq edən DəmirBank bu sistemlərin prinsipial üzvü və ekvayeridir.
“Pul-kredit və bank xidmətləri” sahəsində FƏXRİ DİPLOM
DəmirBank, 2009-cu ilin oktyabr ayında “Regionların Sosial-İqtisadi İnkişafı” Dövlət Proqramının 5 illiyinə həsr olunmuş tədbirdə “Pul-kredit və bank xidmətləri” sahəsində FƏXRİ DİPLOMA layiq görülmüşdür.
Fəxri Diplom "Gənclər Mərkəzi" İctimai Birliyi tərəfindən onun təşkilatçılığı ilə keçirilən və müxtəlif təşkilatların, eləcə də bir sıra Millət Vəkillərinin iştirak etdiyi tədbirdə təqdim edilmişdir.
"Uğur" mükafatı
2007-ci il 27 yanvar tarixində Gülüstan sarayında keçirilən təntənəli mərasimdə DəmirBank 2 nominasiya üzrə “Uğur” Milli mükafatına layiq görülmüşdür.
Bank üçün ən böyük uğur, əhali və dünyanın nüfuzlu maliyyə institutlarının etimadının qazanılmasıdır ki, DəmirBank ilk olaraq bu sahə üzrə “Etimad Bankı” mükafatına layiq görülmüşdür.
Növbəti mükafat isə, DəmirBank regionların sosial-iqtisadi inkişafında yaxından və fəal iştirakına etdiyinə görə “Regionların Sosial İqtisadi inkişafına verdiyi töhfəyə görə” mükafatı olmuşdur.
"Bank sistemində ən fəal PR xidməti"
Press-relizlərin yayımı xidməti tərəfindən 2007-ci ildə keçirilən “İlin ən yaxşı PR xidməti” birinci illik müsabiqənin yekunlarına görə “Bank Sistemində 2006-cı ilin ən fəal PR xidməti” nominasiyasında Zamiq Şükürov qalib elan olunmuşdur.
"Ən stabil Bank"
DəmirBank Raiffeisen qrupuna daxil olan İMPEKSBANK (Rusiya) tərəfindən təsis olunmuş "Ekspress- köçürmə xidməti çərçivəsində “Azərbaycan Respublikasının ən stabil bankı" mükafatına layiq görülüb.
Mükafat "Bıstraya Poçta" təcili pul köçürmələri sistemi çərçivəsində müştərilərə etibarlı xidmətə və göstəricilərin dinamik artımına görə verilib.