MİSSİYA
Bankın Strateji Baxışı:
Sosial yönümlü bank kimi Biz öz müştərilərimizə geniş çeşiddə bank xidmətləri təklif edirik və onların rifahına və inkişafına doğru çalışırıq.
Özümüzü bank ictimaiyyətinin bir hissəsi kimi hesab edərək və korporativ idarəetmənin yüksək standartlarına tabe olaraq Biz ictimaiyyət qarşısında şəffaflığa və məsuliyyətə, gəlirliyə və maliyyə stabilliyinə doğru çalışırıq.
Bankın Strateji Baxışına əsasən 2008 - 2010-cu illər dövrünün sonuna bank aşağıdakı meyarlara tam cavab verəcəkdir:
• sosial yönümlü bank;
• daxili bazarda liderlərdən biri və xarici bazarda ekspert;
• effektiv və çevik struktur;
• fond birjalarında mühüm iştirakçı
Bankın Strateji Baxışına əsasən bankın tərtib olunmuş Missiya Hesabatı aşağıdakı kimidir:
• Respublika daxilində böyük filial şəbəkəsinə malik olan Bank kimi sahibkarlığa dəstək və regionların inkişafı üzrə dövlət proqramlarının reallaşdırmasında aktiv iştirak edilməsi;
• Müştərilərin bank xidmətlərinə olan bütün tələbatlarının ödəməyə çalışması, hər bir müştəriyə fərdi yanaşmanın tətbiq olunması, işçilərin peşəkarlığı sayəsində qeyri-standart vəziyyətlərdə çıxış həllinin tapılması;
• Müştərilərinin tək maliyyə problemlərinin həlli ilə deyil, həm də onların biznesinin inkişafına mane olan problemlərin həlli ilə də məşğul olması, əlaqələrin konfidensiallığını qorunması şərti ilə müştərilərə biznesin inkişafı üçün həll yollarının tapılmasında köməklik edilməsi;
• Biznesin aparılmasında qətiyyətlə düzgün mövqenin tutulması və düzgün bank kimi nüfuzunu qorumaq üçün öz müştəriləri və kontragentləri qarşısında bütün öhdəliklərin yerinə yetirilməsi;
Bank Strateji Baxışından və Missiya Hesabatından irəli gələn aşağıdakı strateji məqsədləri müəyyən etmişdir:
• Sosial yönümlü bank statusunun yaradılması və bu imicin qorunması;
• Daxili bazarda maksimal iştirak və xarici bazara çıxış;
• Effektiv və çevik təşkilati strukturun yaradılması və inkişafı;
• Bankın investisiya cəlbediciliyinin artırılması;
I. “Sosial yönümlü bank statusunun yaradılması və bu imicin qorunması”
Bu məqsədə nail olmaq üçün bank “Sosial məsuliyyət strategiyası”ndan istifadə edəcək və aşağıdakı tədbirləri (sub-məqsədlər) həyata keçirəcək:
• sahibkarlığa dəstək proqramlarında iştirak;
• regionların inkişafı proqramlarında iştirak;
• məşğulluq proqramlarında iştirak;
• maliyyə xidmətlərinə çıxışın artırılması proqramlarında iştirak;
Bu proqramlarda iştirakın vəziyyəti və əldə olunmuş nailiyyətlər barədə mütəmadi olaraq respublika ictimaiyyətinə xəbərlər çatdırılacaqdır.
II. “Daxili bazarda maksimal mövcudluq və xarici bazara çıxış”
Bu məqsədə nail olmaq üçün bank iki strategiyadan: “bazar strategiyası” və “məhsul strategiyası”ndan istifadə edəcəkdir.
Bankın “bazar strategiyası”nın əsas elementləri kimi “bankın tanıtma siyasəti”nin tətbiqi: vahid arxitektura, bankın mövcud olduğu zonalarda korporativ brendin tanınması və gücləndirməsindən; satış şəbəkəsinin genişləndirilməsi və gücləndirilməsi: bank üçün strateji əhəmiyyətli bazarlarda satış məntəqələrinin açılması və inkişafı; “mobil ofis”lərin yaradılması müəyyən edilmişdir.
Bankın “məhsul strategiyası”nın əsas elementləri kimi: yeni məhsulların və xidmət formalarının hazırlanması və bazara çıxarılması, yeni satış kanallarının yaradılması, satılan məhsul və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması müəyyən edilmişdir.
III. “Effektiv və çevik təşkilati strukturun yaradılması və inkişafı”
Bu məqsədə nail olmaq üçün bank “institusional inkişaf strategiyası”ndan istifadə edəcəkdir. Bu strategiyanın əsas elementləri kimi: informasiya texnologiyalarının mükəmməlləşdirilməsi, CRM-in və BUM-nin tətbiqi, biznes proseslərin reqlamentasiyası və HR-ın potensialının artırılması müəyyən edilmişdir.
IV. İnvestisiya cəlbediciliyinin artırılması
Bu məqsədə nail olmaq üçün bank “investisiya cəlbediciliyi strategiyası”ndan istifadə edəcəkdir. Bu strategiyanın əsas elementləri kimi korporativ idarəetmə səviyyəsinin artırılması, daha yüksək beynəlxalq reytinqin alınması və beynəlxalq əhəmiyyətli fond birjalarının listinqinə daxil olunması müəyyən edilmişdir.