HESABLAŞMA-KASSA XİDMƏTLƏRİ
DəmirBank rezident və qeyri-rezident fiziki şəxslərə manat və xarici valyutada hesablaşma-kassa xidmətləri təklif edir:
- Cari və tələbli hesabların açılması – manat, ABŞ dolları, avro və başqa valyutada
- Pul vəsaitlərinin hesaba mədaxili / köçürülməsi – nağd və nağdsız formada
- Hesabdan pul vəsaitinin nağd şəkildə alınması
- Bank köçürmələrinin həyata keçirilməsi – Azərbaycan daxilində və xarici ölkələrə
- Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
- Konvertasiya əməliyyatları – valyuta mübadiləsi, digər valyutanın alışı və satışı
- Bank əməliyyatları üzrə məsləhətlərin verilməsi
- İnkassasiya xidməti – vəsaitin bir ünvandan digər ünvana daşınması
- İnternet-Bank xidməti – Banka gəlmədən İnternet vasitəsi ilə ofisdən və ya digər yerdən hesab üzrə müxtəlif əməliyyatların həyata keçirilməsi
DəmirBank S.W.I.F.T., AZİPS və XÖHKS ödəniş sistemlərinin üzvüdür, eləcə də Azərbaycanın, ABŞ-ın, Avropa və MDB ölkələrinin onlarla böyük bankları ilə müxbir əlaqələrinə malikdir. Bunlar ölkə daxilində və bütün dünya üzrə bank köçürmələrini operativ və keyfiyyətlə həyata keçirməyə imkan verir.
Cari / tələbli hesabın açılması və xidmətlərin göstərilməsi qaydası
Cari / tələbli hesabın açılması üçün fiziki şəxslər
Bankın hər-hansı filialına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidir:
- Hesabın açılması üçün Ərizə (ərizə forması Bankda verilir)
- Şəxsiyyət vəsiqəsi (Bankda surəti çıxarılır)
- İmza nümunəsi olan vərəqə (vərəqə Bankda verilir)
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər cari hesabın açılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:
- Hesabın açılması üçün Ərizə (ərizə forması Bankda verilir)
- Şəxsiyyət vəsiqəsi (Bankda surəti çıxarılır)
- İmza nümunəsi olan vərəqə (vərəqə Bankda verilir)
Hesablaşma-kassa xidmətləri DəmirBank və Müştəri arasında imzalanmış müqaviləyə və müəyyən edilmiş tariflərə əsasən həyata keçirilir.